İbrahim Rəisi heykəli, yerləşdirildikdən iki gün sonra Ərdəbildə aşdı
9 Dey 1404-cü il tarixində Ərdəbildə İbrahim Rəisinin heykəli qoyulub. Hökumətə yaxın media orqanları bu heykəli “Ərdəbilin ən yüksək heykəli” kimi təqdim etmişdi. Lakin yayılan görüntülər göstərir ki, heykəl yalnız iki gün sonra küləyin təsiri ilə yerindən çıxaraq aşmışdır.
Ərdəbilin yerli mediasından biri yazıb: “İlkin araşdırmalar göstərir ki, bu hadisənin başlıca səbəbi strukturun yerləşdirilməsində və möhkəmliyindəki çatışmazlıqdır; bu isə bir daha Ərdəbil bələdiyyəsinin şəhər layihələrini həyata keçirmə və nəzarət üsuluna dair tənqidləri artırıb.”