Hörmüz boğazında gəmiçiliyin bərpası üçün G7 liderlərinin əməkdaşlığı
Fransanın ev sahibliyi ilə keçirilən Yeddilər Qrupuna (G7) daxil ölkələrin liderlərinin sammiti Fars körfəzi və Hörmüz boğazında azad gəmiçilik axınının yenidən təmin edilməsi üçün birgə əməkdaşlıq qərarı ilə yekunlaşıb. Sammitin nəticəsi olaraq dünyanın yeddi böyük iqtisadiyyatına malik ölkələrin liderləri “Fars körfəzində gəmiçiliyin müşayiəti və təhlükəsizliyinin təmin olunması” məqsədilə ortaq fəaliyyət barədə razılığa gəliblər.
Bu qərar İran İslam Respublikasının hərbi rəsmilərinin 20 esfənd 1404-cü il çərşənbə günü yenidən ticarət gəmilərinin bu boğazdan keçməsinə “icazə verilməyəcəyini” vurğuladıqları bir vaxtda qəbul edilib. 20 esfənd səhər saatlarından etibarən bu sularda ən azı üç ticarət gəmisi naməlum mərmilərin hücumuna məruz qalıb.
İslam İnqilabı Keşikçiləri Korpusu yaydığı bəyanatda bildirib ki, Hörmüz boğazı “bu qurumun nəzarəti altındadır” və “amerikalı təcavüzkarlar və onların tərəfdaşlarının” bu su yolundan keçmək haqqı yoxdur.